12 
Yan
2017
09:00
157
23
4825
Virtual karabakh

Avropanın ilk sualtı muzeyi – FOTO

Avropanın ilk sualtı muzeyi fəaliyyətə başlayıb.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, “Museo Atlatico” adlı muzey Lansorte adasının (Kanar adaları) suları altında yerləşib.

Muzey britaniyalı memar Ceyson de Kayres Teylorun özəl layihəsi olaraq artıq dünyanın bir neçə yerində qismən fəaliyyət göstərir.

İlk olaraq özəl eksponatlar Meksika, Baham adaları və Karib dənizinin dərinliklərində quraşdırılıb.

Memarın sənət əsərləri təbiətə heç bir ziyan vurmur, əksinə ekoloji təmiz məhsullardan hazırlanan eksponatlar sualtı aləmin sakinləri üçün özəl yuvalara çevrilərək, daha da cazibəli mənzərə yaradır.

“Museo Atlatico” muzeyində 300-ə yaxın eksponat 12-15 metr dərinliyində quraşdırılıb.

Muzeyi ziyarət etmək istəyən turistlər isə xüsusi sualtı geyimindən istifadə edərək özəl bir dünyaya səyahətə baş vura bilir.

A.M.

www.oxu.az

Digər Maraqlı xəbərləri