15 
Yan
2017
21:00
143
34
7314
Virtual karabakh

Qanda şəkərin səviyyəsi corab vasitəsilə müəyyənləşdiriləcək

15 Yan, 2017
21:00
7314

Qanda şəkərin səviyyəsi corab vasitəsilə müəyyənləşdiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya Universitetinin alimləri şəkərli diabetdən əziyyət çəkən insanlara qlyukometr əvəzinə qanda qlükozanın səviyyəsini müəyyənləşdirən corablardan istifadəni təklif ediblər.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, həmin corablara sensorlar quraşdırılıb. Tədqiqatçıların fikrincə, sensorların iş prinsipinin vacib şərti istifadəçinin ayaqlarının hərəkət zamanı tərləməsi ilə bağlıdır. Bu zaman ayaqdan ifraz olunan tər sensorların işi üçün enerji mənbəyi rolunu oynayır.

Sensorlar diabetdən əziyyət çəkən xəstənin tərindəki qlükozanın miqdarı və süd turşusu ionlarını müəyyənləşdirir və toplanan məlumatları simsiz ötürücü qurğu vasitəsilə istifadəçinin smartfonuna yönəldir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri