14 
Yan
2017
12:50
148
31
2702
Virtual karabakh

Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar

14 Yan, 2017
12:50
2702

Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) alimləri Rusiyanın Tver vilayətində yeni növ “Entoloma krutiсianum” göbələyini aşkarlayıblar. Tədqiqatın nəticələri “Persoonia” jurnalında dərc olunub.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni növ göbələk 2015-ci ilin payızında Тver vilayətində aparılan ekspedisiya zamanı aşkarlanıb. Göbələyin bu növü şam meşələrində bitir. “Entoloma krutiсianum” göbələyi yeyilməyəndir.

Mütəxəssislər ekologiyanın bu sahəsi üzrə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onlar bu tədqiqatların mühafizə edilən təbiət əraziləri üçün daha aktual olduğunu söyləyiblər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri