23 
Yan
2017
19:44
21
236
3333
Virtual karabakh

Çox qızardılan çörək və kartof xərçəng riski yaradır

23 Yan, 2017
19:44
3333

Çox qızardılan çörək və kartof xərçəng riski yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın Ərzaq Standartları Qurumu (FSA), çörək və kartof kimi nişasta tərkibli yeməklərin yüksək temperaturda bişirilərkən akrilamid adlı kimyəvi maddənin ifraz olunduğunu və bu maddənin də xərçəngə yol aça biləcəyi barədə xəbərdarlıq edib.

Oxu.Az bu barədə “BBC Azərbaycanca”ya istinadla xəbər verir.

FSA, riskləri azaltmaq üçün bu cür qidaların bişirmə təlimatlarına diqqətlə əməl edilməsini və bu cür yeməkləri rəngi tündləşməyənədək bişirilməsini tövsiyə edib.

FSA bundan başqa, kartofun soyuducuda saxlanılmasının zəruriliyi barədə xəbərdarlıq edib. Bunun səbəbi isə otaq temperaturunda kartofun tərkibindəki şəkər səviyyəsinin artması və bunun da bişirmə zamanı ifraz edilən akrilamidin miqdarını yüksəltməsidir.

Lakin Xərçəng Araşdırmaları Təşkilatının sözçüsü, akrilamid ilə xərçəng arasında əlaqənin insanlarda hələ sübut olunmadığını deyib.

Çox uzun müddət ərzində yüksək istilikdə qovrulan, qızardılan, ya da kabab edilən nişastalı qidalarda akrilamid adı verilən kimyəvi bir maddə meydana çıxır.

Müxtəlif qidalarda tapılan akrilamid, bişirmə prosesində təbii olaraq ifraz edilir.

Bu maddə, çörək, biskvit, keks və qəhvə kimi 120 dərəcənin üzərində bişirilən və yüksək nişasta tərkibli qidalarda var.

Maddə həmçinin evdə kartof və çörək kimi qidaların yüksək istilikdə bişirilməsi zamanı da ortaya çıxır.

Məsələn, qızardılan çörəyin rəngi nə qədər tünd olarsa, ortaya çıxan akrilamid miqdarı da bir o qədər yüksək olur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri