16 
Fev
2017
18:27
13
4
2182
Virtual karabakh

Elektrik enerjisi istehsal edən taxta döşəmə

16 Fev, 2017
18:27
2182

Elektrik enerjisi istehsal edən taxta döşəmə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Viskonsin Universitetinin alimləri üzərində yeridikdə enerji istehsal edən döşəmə örtüyü yaradıblar. Alimlərin fikrincə, kimyəvi emal olunmuş sellüloz lifləri elektrik enerjisini istehsal etməyə imkan verir.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, xüsusi texnologiya vasitəsilə hazırlanmış yonqar qalınlığı bir millimetrdən artıq olmamaq şərti ilə funksional elementlər şəklində döşəməyə düzülür.

Tədqiqatçılar ticarət mərkəzləri və stadionlarda yonqar döşəmələrinin quraşdırılması nəticəsində şəhərin əlavə enerji mənbəyi ilə təchiz ediləcəyinə əmindirlər.

Aparılmış tədqiqatlar bu örtüyün adi döşəmələrə nisbətən daha davamlı olacağını göstərir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri