19 
Fev
2017
21:00
77
95
8824
Virtual karabakh

Geoloqlar yeni qitə kəşf ediblər

19 Fev, 2017
21:00
8824

Geoloqlar yeni qitə kəşf ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Geoloqlar Yeni Zelandiyanın altında böyük qitənin izlərini tapıblar.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə Yeni Zelandiya, Avstraliya və Yeni Kaledoniyadan olan geoloqların “GSA” jurnalında nəşr edilən məqaləsində deyilir.

Alimlərin sözlərinə görə, Zelandiya təqribən 100 milyon əvvəl qədim Hondvana superqitəsindən qopub aralanmağa başlayıb. Bu, Yer qabığının deformasiyaya uğramasına və nəticədə qitənin böyük hissəsinin su altında qalmasına gətirib çıxarıb. Geoloqlar iddialarını peyk müşahidələri ilə təsdiq edirlər.

Yeni qitənin sahəsi təxminən beş milyon kvadratkilometr təşkil edir. Onun böyük hissəsi, təqribən 94%-i su altındadır. Suüstü elementlərdən Yeni Kaledoniya adasını və Yeni Zelandiyanın Şimal və Cənub adalarını göstərmək olar.

Məqalənin müəllifləri coğrafi qitələrin (ingilisdilli ölkələrdə qəbul edilmiş terminologiyaya görə) sayını 7-dən (Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimali Amerika və Cənubi Amerika) 8-ə artırmağı təklif edib.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri