20 
Fev
2017
20:18
114
56
11449
Virtual karabakh

Alimlər qadın və kişi dostluğu arasındakı fərqi açıqlayıblar

20 Fev, 2017
20:18
11449

Alimlər qadın və kişi dostluğu arasındakı fərqi açıqlayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müxtəlif cinslərin nümayəndələri dostluq əlaqələrini müxtəlif yollarla saxlayırlar.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, belə bir qənaətə Oksford universitetinin alimləri gəliblər.

Alimlər 30 yuxarı sinif şagirdi ilə tədqiqat aparıblar. Onlardan öz dostlarının siyahısını hazırlamaq və dostluq əlaqələrinin nə qədər yaxın olmasını göstərməyi xahiş ediblər. Tədqiqatdan dörd ay sonra iştirakçılar məktəbi bitiriblər, və onların əksəriyyəti müxtəlif şəhərlərə köçüblər. 9 və 18 aydan sonra gənclərdən ilk sorğu zamanı alınan məlumatları yenidən göstərməyi xahiş ediblər. 

Müəyyən edilib ki, qadınlar üçün uzaq məsafədə dostluq əlaqələrini saxlamaq üçün mütəmadi olaraq telefonla danışmaq kifayətdir. Kişilər isə dost qalmaq üçün görüşməyə üstünlük verirlər, məsələn, bir yerdə futbola və ya kafeyə getmək.

Tədqiqatın rəhbəri Robin Danbarın sözlərinə görə, nəticələr göstərir ki, dostluq münasibətlərinə gender fərqləri ciddi təsir göstərir. 

“Ehtimal olunur ki, məhz bu səbəbdən, qadınlarda dostluq əlaqələri daha yaxın olur, və onlar ayrılıqdan əziyyət çəkirlər”, - alim deyib. 

Qadınlardan fərqli olaraq, kişilər dostluq münasibətlərinə daha sadə yaxınlaşırlar.

“Onların çox vaxt dörd nəfərdən ibarət öz kampaniyaları olur. Əgər kişi dostlarından uzaqlaşırsa, o özünə yeni yoldaşlar tapır”, - Danbar bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri