23 
Fev
2017
09:20
8
29
5013
Virtual karabakh

Balıq iyi verdiyi üçün hər kəs ondan üz çevirir – FOTO

23 Fev, 2017
09:20
5013

Balıq iyi verdiyi üçün hər kəs ondan üz çevirir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da yaşayan 32 yaşlı Kelli Fido Vayt adlı qadın dünyada nadir xəstəlik olan “Balıq iyi” sindromundan əziyyət çəkir.

Oxu.Az-ın axşam.az-a istinadən məlumatına görə, balıq iyi verdiyi üçün Kelli daim ətrafdakıların tənqidinə tuş gəlir.

Xəstəxanalardan birində işləyən qadın barəsində həmkarları şikayət edincə, onu gecə növbəsinə keçiriblər. Lakin Fido xəstəliyi ucbatından hazırkı işindən qovulacağından da qorxur.

Vaytın 45 yaşlı həyat yoldaşı Maykl 16 ildir evli olduğu xanımı haqda danışarkən onun qoxusuna öyrəşdiyini bildirib:

“Əvvəllər iyi qəbul edə bilmirdim. Bəzən iydən boğulurdum, amma Kelliyə heç nə demirdim. Zaman-zaman alışdım”.

Həkimlərin dediklərinə əsasən, Fidonun vücud strukturu “kolin” adlanan maddəni ehtiva edir ki, o da bəzi qidaların parçalanmamasına səbəb olur. Nəticədə, bu, pis iylənir və tər, nəfəs vasitəsilə kənara yayılır. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri