25 
Fev
2017
21:38
335
50
10627
Virtual karabakh

Kanadanın ən yaraşıqlı siyasətçisi hamını heyran qoyur

25 Fev, 2017
21:38
10627

Kanadanın ən yaraşıqlı siyasətçisi hamını heyran qoyur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İvanka Trampdan Britaniya karliçasına qədər...

Castin Tryudo, yəqin ki, ən cazibədar siyasətçidir. 2015-ci ildə o, Kanadanın baş naziri olub və həmin andan etibarən ona heyran qalan insanların sayı-hesabı yoxdur. Onunla görüş zamanı məşhur aktrisa, prezident və hətta kral ailəsinin üzvləri belə emosiyalarını gizlədə bilmirlər. 

Bu yaxınlarda Tryudo Almaniyaya səfər edib və alman kansleri Angela Merkel ilə görüşüb. 

Onlar Berlində Regent hotelində birlikdə nahar ediblər. 


Merkelin razı qaldığı aşkar görünür. 

Bir neçə gün öncə isə Tryudo ABŞ prezidenti Donald Tramp ilə Vaşinqtonda görüşüb. Kanadalı siyasətçi etiraf edib ki, Tramp ilə müxtəlif yanaşma və baxışları ola bilər, amma onu tənqid etmir: “Amerikalı prezidentin işində gördüyüm, onun işlərin sona çatdırılmasına istiqamətlənmədir”.

Zalda prezidentin qızı İvanka Tramp da olub. Məlumata görə, onlar ABŞ və Kanada arasında münasibətlərin daha da yaxşılaşması üçün görüşüblər. Deyəsən, bu alınıb: belə ki, İvanka oturacağın onun üçün çəkilməsindən razı qalıb. 

O, sanki siyasətçini sağdakı qonşusuna da qısqanıb. 

İvankanın bu uzun-uzadı baxışı ilə əlaqədar, məsələn “Sizdə İvanka Trampın Castin Tryudoya baxdığı kimi baxan adam tapın”, “Baş nazirin yanında heç bir qız təhlükəsizlikdə ola bilməz” kimi bir çox memlər də yayılmışdı.

Castin Tryudo və Ketrin Middlton, Kembric hersoginyası. Onun baxışına görə, kimsə hətta “Şəhzadəyə ərə getdikdən sonra Castin Tryudo ilə görüşərkən” deyə zarafat da etmişdi. 

Aktrisa Emma Uotson ilə.

Onlar 2016-cı ilin sentyabr ayında görüşüblər.

Tryudo və İordaniya kraliçası Raniya əl-Abdulla qaçqınların probleminə həsr olunmuş görüşdə. 


Siyasətçi hətta Donald Trampı da heyran edib. 

Britaniya kraliçası II Yelizaveta ilə. Kraliçanın şərəfinə badə qaldıran Tryudo onun hakimiyyəti dövründə Kanadanın 12-ci baş naziri olduğunu deyib. Kraliça buna cavab olaraq “Təşəkkür edirəm ki, özümü bu qədər yaşlı hiss etdim”, deyə zarafat edib. 

ABŞ-ın sabiq prezidenti Barak Obama ilə.

Meksikanın prezidenti Enrike Penye Nyeto ilə. 

Bir neçə gün öncə Tramp Tryudoya əlini uzatdığı, amma baş nazirin sanki tərəddüd etdiyi əks olunan şəkil internetdə müzakirəyə səbəb olmuşdu. Belə ki, ABŞ prezidenti opponentinin əlini uzun müddət sıxmağa maraqlı olduğu məlumdur.

Tryudonun bu qədər sevilməsinə səbəb nədir?

Castin Tryudo – sosial şəbəkələr dövrünün siyasətçisidir və ölkə tarixində Co Klarkdan sonra ən gənc baş nazirdir. Tryudo qeyri-adi imicindən bacarıqla istifadə edir və özünə diqqət cəlb edir. 


 
Məsələn, gülməli corablar geyinir.

Əlləri üzərində durmaq qabiliyyətini nümayiş etdirir. 

Pandalarla şəkil çəkdirir.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri