25 
Fev
2017
11:25
61
117
20131
Virtual karabakh

7 məşhur simvol: Onların əsl mənasını bilirikmi?

25 Fev, 2017
11:25
20131

7 məşhur simvol: Onların əsl mənasını bilirikmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər gün biz minlərlə simvol və onların mənalarıyla qarşılaşırıq.

Bunlardan bəzilərini isə ən güclü hisslərimizi ifadə etmək üçün istifadə edirik. O halda ki, simvollar dilə gətirmədiyimiz sözləri əvəzləməkdə bizə kömək edir.

Oxu.Az bu barədə AzNews.az-a istinadla xəbər verir.

Bəs bu simvolların haradan yarandığını düşünmüsünüzmü? Ümumiyyətlə, onları düzgün yerdə istifadə edirikmi?

7 məşhur simvolu, onların mənasını və mənşəyini təqdim edirik:

Ampersand (“&” işarəsi)

Аmpersand latın birləşdiricisi “et” (və ya ingilis and) yəni “və” mənasının ifadə edir. Belə bir simvolu hələ Qədim Misirdə kəşf ediblər. Siseronun şəxsi katibi Tiron məktubları qısaltmaq üçün öz sistemini icad edib. Bu sistem “tironovski işarələri” adlanır.

Nəticədə, simvol İngiltərə və Amerikada o qədər geniş yayılır ki, hətta ingilis əlifbasının sonunda da yer alır. Simvol əlifbadan yalnız XX əsrin əvvəllərində çıxarılmağa başlanıb. “Ampersand” sözü “And per se and” ifadəsinin qısaldılmasıdır. Uşaqlara əlifbanın hərfləri öyrədilərkən “z”dən sonra “and per se and” deyilirdi. Bu isə “özü özlüyündə “və” mənasını ifadə edir.

Zamanla “et” hərfinin simvolu o qədər dəyişir ki, belə bir forma alır.

“Ürək”

Burada isə hər şey daha çətindir. Baxmayaraq ki, “sevgi ürəkdə yaşayır”, hər kəs bilir ki, əsl ürəklə ürək işarəsi arasında bənzərlik yoxdur. Lakin onun yaranması barədə bir sıra fərziyələr mövcuddur.

*Bir-birinə doğru üzən qu quşları toxunma anında ürək formasını yaradır. Bir sıra xalqların mədəniyyətində bu quşlar sevgi, sədaqət və bağlılıq simvollarıdır. Belə ki formalaşan cütlük ömür boyu birlikdə qalır.

*Başqa bir fərziyəyə görə, simvol ilk olaraq qadın başlanğıcının simvolu olub. Rəmz qadın tasının formasını təsvir edir.

*Simvolun sarmaşıq yarpağının formasını əks etdirdiyinə dair versiya da mövcuddur. Yunanlarda o adətən şərabçılıq və ehtirasın allahı hesab olunan Dionislə birlikdə təsvir olunub.

“Bluetooth”

X əsrdə Danimarkanı idarə edən kral Harald Blatand tayfaları birləşdirən vahid krallıq yaradıb. Haralda göydişli ləqəbi də qoyulub. Belə ki, o, qaragilə yeməyi həddindən artıq çox sevib və onun ən azı bir dişi həmişə göy rəngdə olub.

Bluetooth texnologiyası (ingilis dilindən “göy diş”) bir neçə qurğuların eyni şəbəkədə birləşdirmək üçün nəzərdə tutulub. Texnologiyanın simvolu isə 2 hərfin birləşməsindən ibarətdir: “haqal” – latınca analoqu “H” və “berkana” – latınca analoqu “B”. Bu isə Harald Blatandın inisialına uyğundur. Yeri gəlmişkən, ilk olaraq qurğu göy rəngdə olub və dişi xatırladıb.

Tibb simvolu

Çox az sayda insan bilir ki, qanadlarla və iki ilanla əl ağacını təsvir edən tibb simvolu əslində səhvdir.

Əfsanəyə görə, Hermesin məhz bu cür görsənən sehirli əsası olub. Bu əsa istənilən mübahisəni yatırmaq və düşmənləri barışdırmaq gücünə malik olub. Lakin tibbə bunun heç bir aidiyyatı yoxdur.

Məsələ ondadır ki, 100 ildən də çox vaxt əvvəl ABŞ-dan olan hərbi həkimlər bu əsanı Asklepiyin əsası ilə səhv salıblar. Qədim Yunanıstanda şəfa və tibb allahı olan Asklepiyin əsasında qanad olmayıb və yalnızca bir ilan olub. Bu səhvin nəticəsində simvol indi də tibbi sirr simvolu kimi istifadə olunur.

“Power”

“Power” işarəsi demək olar ki, bütün qurğularda var. Lakin çox az insan onun necə yarandığını bilir.

Hələ 1940-cı illərdə mühəndislər ikili sistem hazırlayıblar. Burada 1 “qoşulma”, 0 isə “söndürmə” mənalarının ifadə edib. Daha sonradan bu işarələr birləşdirilib.

“Sülh” işarəsi

“Sülh” işarəsi 1958-ci ildə nüvə silahının tətbiqinə qarşı etiraz nümayişi üçün düşünülüb. Bu işarə N və D semafor siqnallarının (“nüvə silahsızlaşdırması” , ing. nuclear disarmament) birləşməsindən ibarətdir.

Semafor əlifbada (insanların bir-birinə olan mesajlarını əlindəki bayraqlarla digərinə çatdırması) N əldə çevrilmiş V formasında 2 bayraq tutulmasıyla, D hərfi isə bir bayraq yuxarı, biri isə aşağı tutulmaqla ifadə olunur. Bu siqnallar üst-üstə qoyulduqda sülh işarəsi meydana gəlir.

“O.K.”

Əksər insanlar əl ilə “O.K.” jestini “hər şey qaydasındadır” və ya “doğrudur” mənalarında başa düşürlər. Lakin heç də hər yerdə bu işarə müsbət başa düşülmür. Belə ki, Fransada hesab olunur ki, bu işarənin yönləndirildiyi insan “sıfır”dır. Bu jestin haradan formalaşmasına dair bir neçə versiya var.

*“O.K.”in ABŞ prezidenti Martin Van Burenin doğum yerinin adının qısaldılması kimi (Old Kinderhook) qəbul edənlər var. Van Buren doğum yerinə uyğun özünə təxəllüs seçib. Onun kampaniyasının reklam sloqanı “Old Kinderhook is O.K.) olub. Plakatda isə bu jesti göstərən insan təsvir olunub.

*Başqa bir fərziyəyə görə, ABŞ prezidenti Cekson qərar qəbul edərkən bu ifadədən istifadə edib. O həmişə “all correct” ifadəsini alman tərzində oll korrekt və ya qısaltması olaraq “O.K” formasında yazıb.

* Digər bir versiyaya əsasən, “O.K.” jesti özü-özlüyündə mudra jestidir. Mudra buddizm və induizmdə ritual jestdir. İşarə təhsili simvollaşdırır. Bir çox budizm eksponatlarında Budda bu jestlə təsvir olunur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri