25 
Fev
2017
11:30
120
143
16443
Virtual karabakh

Dünyanın ilk “4D göydələni”: 30 milyon dollara fırlanan mənzillər – VİDEO

25 Fev, 2017
11:30
16443

Dünyanın ilk “4D göydələni”: 30 milyon dollara fırlanan mənzillər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda 2020-ci ilə qədər fırlanan mərtəbələri ilə göydələnlər tikiləcək.

Oxu.Az bizimyol.info-ya istinadla xəbər verir ki, tikintinin başlanğıc tarixi hələ elan edilməyib.

Layihə hələ 2006-cı ildə elan edilmişdi. Göydələndə mənzillər bir-birindən asılı olmadan 360 dərəcə fırlanacaq. Fırlanma səs komandaların köməyi ilə başlanır, fırlanma sürətini dəyişdirmək və ya onu dayandırmaq olar.

Sakinlər öz mənzillərini elə proqramlaşdıra biləcək ki, onlar bütün gün ərzində günəş işığı ilə təmin olunsunlar. Hər mənzilin qiyməti təxminən 30 milyon dollar olacaq.

80 mərtəbəli binanın hündürlüyü 420 metr təşkil edəcək. Göydələn dünyada birinci “4D göydələn” olacaq.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri