25 
Fev
2017
15:29
211
51
13952
Virtual karabakh

Serfinqçi son anda akulanın hücumundan xilas oldu – VİDEO

25 Fev, 2017
15:29
13952

Serfinqçi son anda akulanın hücumundan xilas oldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə serfinqçinin ağ akulanın hücumundan möcüzə nəticəsində xilas olmasının görüntüləri yayılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Daily Mail nəşri məlumat verir.

İnsident ötən il Ballina şəhəri yaxınlığında qeydə alınıb. 

Pilotsuz uçuş aparatı serfinqçinin ayaqları suda növbəti dalğanı gözləyən zaman ağ akulanın ondan bir metrdən az məsafədə keçməsini lentə alıb. 

Kadrlarda görünür ki, akula düz serfinqçinin üstünə üzür, lakin son anda gözlənilmədən istiqamətini dəyişir.

Nəşr qeyd edir ki, 2014-cü ildən bəri bu rayonda akulaların insanlara ən azı 11 hücumu qeydə alınıb, onlardan ikisi faciə ilə bitib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri