27 
Fev
2017
18:44
14
11
3497
Virtual karabakh

İnternet fenomeni Nüsrətə həsr olunan oyun – FOTO

27 Fev, 2017
18:44
3497

İnternet fenomeni Nüsrətə həsr olunan oyun – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Duztökmə hərəkəti ilə fenomen olan tanınmış iş adamı Nüsrət Gökçe üçün oyun hazırlanıb.

Oxu.Az axşam.az-a istinadən bildirir ki, onun ət bişirmə, kəsmə və özünəməxsus duztökmə hərəkətləri “Nusret Salt Bae” oyununda öz əksini tapıb.

Bundan başqa onunla bağlı “Salt Bae Hot Chef”, “Nusret The Game”, “Salt Bae”, “Turkish Butcher” oyunları da istifadəçilər üçün təqdim olunub.

Qeyd edək ki, 2010-cu ildən Dubayda və Türkiyədə fəaliyyətə başlayan Nüsrət Gökçənin rəhbərlik etdiyi Nusr-Et Steakhouse restoranı dünyada məşhurlaşıb. Onu da qeyd edək ki, bu yaxınlarda məşhur Hollivud ulduz Leonardo Di Kaprio da Nusrətin qonağı olub. Bundan başqa onun duztökmə hərəkəti nəyinki Türkiyədə bütün dünyada məşhurdur. 

Nüsrət Dubaydakı bir media şirkətində çalışan Candy Denat ilə birlikdə yaşayır. Təxminən 1 il əvvəl baş tutan tanışlıq bir müddət sonra qarşılıqlı eşqə çevrilib. Cütlük kecən ay məşhur bir italyan geyim markasının Dubayda kecirilən təbirinə də birlikdə qatılıb.

 A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri