27 
Fev
2017
23:07
225
35
20168
Virtual karabakh

Alimlər: Yuxu saatınıza fikir verin

27 Fev, 2017
23:07
20168

Alimlər: Yuxu saatınıza fikir verin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yuxu çatışmazlığından əziyyət çəkən insanlar gün ərzində lazımi saatlarda yatan insanlara nisbətən daha çox kökəlməyə meyillidir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, Yaponiyanın Vaseda Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Məlumata görə, mütəxəssislər 3 gün ərzində iki müxtəlif qrup üzərində təcrübə aparıb. Qruplardan biri gün ərzində 7 saat, digər qrup isə iki dəfə az yatıb.

Nəticədə daha az yatan şəxslərdə iştaha cavab verən hormonlar 10 faiz azalıb.

Bununla belə, həmin qrup növbəti gün normal 7-8 saat yatdıqdan sonra hormonlar bərpa olunub.

Alimlər qeyd edir ki, yuxunun fiziki fəaliyyət və qidalanma ilə əlaqəsi çox güclüdür. Qeyd olunur ki, yuxu çatışmazlığı insanın daha çox yemək istəməsinə gətirib çıxarır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri