28 
Fev
2017
12:30
13
3
1825
Virtual karabakh

Bionik orqan ürək nəqlinə son qoyacaq

28 Fev, 2017
12:30
1825

Bionik orqan ürək nəqlinə son qoyacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Suonsi Universitetinin alimləri ürək xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edəcək “bionik ürək” adlanan cihaz hazırlayıblar.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, “bionik ürək” qanın girişinə və çıxışına nəzarət edir. Belə ki, ürəyin sol mədəciyindən qanı alıb aortaya daşıyan cihaz orqanizmin qan axınının tənzimlənməsinə kömək göstərir.

Cihazı hazırlayan alimlərdən ibarət qrupun rəhbəri, professor Stefan Vestabi deyib: “Cihazın istifadəsinə gələn il başlanacaq və bundan sonra ürək nəqlinə ehtiyac olmayacaq. Hazırda buna bənzər, sağlamlıq üçün müxtəlif təhlükələr yaradan cihazlardan istifadə edilir. Lakin “bionik ürək” isə tamamilə təhlükəsizdir və heç bir riski yoxdur”.

Stefan Vestabi diqqətə çatdırıb ki, gələn il İngiltərədə 30 nəfər yaşlı insanın və 30 uşağın “bionik ürək”dən istifadə edəcəyi nəzərdə tutulub. Cihazın satış qiyməti hələlik müəyyənləşməyib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri