Mar
2017
23:09
199
25
4514
Virtual karabakh

Almadan insan orqanlarının implantları yaradılacaq

1 Mar, 2017
23:09
4514

Almadan insan orqanlarının implantları yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alma müasir tibb üçün yeni imkanlar yaradacaq, insan orqanlarının implantları məhz bu meyvədən hazırlanacaq.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə kanadalı alim, Ottava Universitetinin dosenti Endryu Pilling bildirib.

Gənc alimin sözlərinə görə, insan orqanlarının implantları çox bahadır, onların süni yolla yaradılması isə çox çətin prosedurdur, amma alma ucuz və rahat materialdır, meyvədən yeni orqanlar böyüdüb implantlar yaratmaq daha asan və sərfəli olacaq.

“Əvvəl almanı lazımi formada kəsib hüceyrələrini neytrallaşdırmaq lazımdır, daha sonra qalan meyvə qatına insan DNK-sı əkilməlidir. Hüceyrələr inkubatorda böyüyərək nəticədə insan qulağına çeviriləcək”.

Alimin sözlərinə görə, bu cür qulaqlar insan bədəninə uyğunlaşır, bu artıq təcrübələrlə sübut olunub.

Laboratoriya tədqiqatlarını sübut etmək üçün kliniki sınaqların keçirilməsi planlaşdırılır, sınaqlar uğurla başa çatsa, müasir tibb yeni imkanlar əldə edəcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri