Mar
2017
21:00
71
228
24366
Virtual karabakh

ABŞ-ın ən yaxşı prezidenti – SİYAHI

4 Mar, 2017
21:00
24366

ABŞ-ın ən yaxşı prezidenti – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika tarixçiləri ölkənin nisbətən uğurlu rəhbərlərinin siyahısını tərtib ediblər.

Xarici siyasətində səhv və uğursuzluqlara baxmayaraq, Barak Obama ən yüksək reytinq – 60 faiz dəstəyi ilə Ağ evi tərk edib. 

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, ən uğurlu amerikalı prezidentlər siyahısında Barak Obama 12-ci yeri tutub.

“C-SPAN” kanalının keçirdiyi “Amerika prezidentlərindən hansı ölkənin tarixində böyük şəxsiyyət olub?” adlı sorğunun nəticələri aşağıdakı kimidir. Bu tədqiqatda dövlətin liderlərinin bioqrafiyası ilə məşğul olan 91 tarixçi iştirak edib. Onlardan liderləri aşağıdakı meyarlar üzrə qiymətləndirməyi xahiş ediblər: 

1. İnzibati bacarıqlar 

2. Kütlə qarşısında nitq söyləmə mədəniyyəti 

3. Mənəvi avtoritet 

4. Konqres ilə qarşılıqlı münasibət 

5. Gələcəyi formalaşdırma bacarığı və ona nail olmaq konkret hədəflərin qoyulması 

6. Böhran vəziyyətində hərəkət etmə bacarığı 

7. Zaman kontekstində işin uğuru 

8. İqtisadiyyatı idarəetmə bacarığı 

9. Ədalət məhkəməsinin bərqərar olması üçün çalışma 

10. Xarici siyasətin uğuru 

Qiymətləndirmənin nəticələri aşağıda təqdim edilir:

Avraam Linkoln (1861-1865)

Corc Vaşinqton (1789-1797)

Franklin Delano Ruzvelt (1933-1945)

Teodor Ruzvelt (1901-1909)

Duayt Eyzenhauer (1953-1961)

Harri Trumen (1945-1953)

Tomas Ceferson (1801-1809)

Con Kennedi (1961-1963)

Ronald Reyqan (1981-1989)

Lindon Conson (1963-1969)

Vudro Vilson (1913-1921)

Barak Obama (2008-2016)

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri