12 
Mar
2017
22:00
317
47
37353
Virtual karabakh

Dünyanın ən cırtdan ölkələri: 3 nəfər əhalisi olan var

12 Mar, 2017
22:00
37353

Dünyanın ən cırtdan ölkələri: 3 nəfər əhalisi olan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada yüzlərlə dövlət mövcuddur və onlardan bəzilərinin əhali və ərazisi digərləri ilə müqayisədə çox azdır.

Həmin ölkələr bir çox mənbələrdə cırtdan adlandırılır. Monako, Andorra, Vatikan və s. ölkələr barədə çoxları eşidib, ancaq aşağıda təqdim edəcəyimiz ən kiçik dövlət qurumları barədə məlumat çox azdır.

Oxu.Az Ölkə.Az-a istinadla dünyanın ən cırtdan ölkələrini təqdim edir:

ELLEORE

Əhali: 370

İdarəçilik forması: Konstitusiyalı monarxiya

Ərazi: 1,5 kvadrat kilometr

1944-cü ildə danimarkalı müəllim Roskildə kiçik torpaq sahəsini tələbələri üçün yaz kampına çevirib. O gündən sonra həmin ərazidə müstəqillik elan olunub və Elleoreda əsl krallıq yaşanır. Bu ölkənin müxtəlif qəribə qadağaları var. Məsələn, əraziyə “Robinzon Kruzo” kitabı və sardin konservlərini gətirmək qadağandır. Buna görə 11 dəqiqə 17 saniyəlik həbs düşür.

SEALAND

Əhali: 3

İdarəçilik forması: Konstitusiyalı monarxiya

Ərazi: 550 kvadrat kilometr

İngilis ordusunun təqaüdçü mayoru Roy Beyts dəniz üzərində olan silah platformasının tərk edildiyini görəndə çılğınlıq edərək 550 kvadrat kilometrlik ərazidə “Sealand” krallığını elan edib. O, 91 yaşına qədər kral olub və dünyasını dəyişdikdən sonra vəzifə başqasına keçib.

CALSAHARA

Əhali: 3-10

İdarəçilik forması: Monarxiya

Ərazi: 470 kvadrat kilometr

Trevis Makhenri 15 yaşında Pensilvaniyadakı fermalarının baxçasında Casbah adlı krallıq qurmuşdu. İndi isə o, CalSahara (Bir az Kaliforniya, bir az Sahara) krallığını idarə edir.

CONCH RESPUBLİKASI

Əhali: 24909

İdarəçilik forması: Respublika

Ərazi: 15,4 kvadrat kilometr

Bu ölkə varlığına görə nəqliyyat sıxlığına borcludur. ABŞ hökuməti qaçqın axını və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün 1982-ci ildə Floridadakı Key Vestdə sərhəd polis bölməsi qurduğu üçün, turistik şəhərə giriş-çıxış çox çətinləşdi və kilometrlərlə tıxaclar meydana gəldi. Key Vestin ozamankı bələdiyyə başçısı Dennis Vardlou problemləri yuxarılara çatdıra bilmədiyi üçün Conch Respublikası adı altında müstəqilliyini elan edib. ABŞ bununla bağlı 1 dəqiqəlik döyüş elan etsə də, respublika yaşamağa davam edir.

ATLANTİUM

Əhali: 2000

İdarəçilik forması: Seçkili monarxiya

Ərazi: 740 kvadrat kilometr

Avstraliya sərhədlərinə Atlantium İmperatorluğu cırtdan ölkələr içərisinə ən solçusudur. Özünü kral elan edən Corc Kruikşank populyar simalardan biri hesab olunur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri