13 
Mar
2017
09:04
33
130
2679
Virtual karabakh

Kərgədanları qorumaq üçün buynuzları kəsilə bilər

13 Mar, 2017
09:04
2679

Kərgədanları qorumaq üçün buynuzları kəsilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikada “Pairi Daiza” adlı özəl zooparkın sahibləri kərgədanları brakonyerlərdən qorumaq üçün onların buynuzunu kəsmək qərarına gəlib.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, administrasiya bu görünməmiş addımı bu həftə brakonyerlərin ağ kərgədanı güllələdikdən sonra onun buynuzunu mişarla kəsməsi ilə əlaqələndirib.

Rəsmi məlumata görə, indiyədək Avropada belə hallar olmayıb.

Bəzi ölkələrin xalq təbabətində kərgədan buynuzu müalicə üçün istifadə olunur. Qara bazarda buynuzun bir kiloqramının qiyməti on minlərlə dollar təşkil edir.

Kərgədanların qorunması üçün buynuzlarının kəsilməsi Afrikada tez-tez istifadə edilir. Baytarlar deyirlər ki, bu prosedur ağrısızdır və zaman keçdikcə buynuz yenidən gəlir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri