13 
Mar
2017
10:47
146
19
3809
Virtual karabakh

Çində dünyanın ən böyük radioteleskopu turistlərin ziyarətinə açılıb

13 Mar, 2017
10:47
3809

Çində dünyanın ən böyük radioteleskopu turistlərin ziyarətinə açılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən böyük radioteleskopu FAST (The Five hundred meter Aperture Spherical Telescope) turistlərin pulsuz ziyarəti üçün açıq elan edilib.

Oxu.Az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Çinin Quycou vilayətində dağlıq ərazidə yerləşən radioteleskop ötən ilin sentyabrında istifadəyə verilib.

Teleskopun normal fəaliyyəti üçün 5 kilometr radiusda mobil rabitə dalğaları blok edilib. Teleskopu ziyarət etmək istəyən turistlər mobil telefonları, rəqəmli fotoaparatları və digər elektron cihazları saxlama məntəqəsinə təhvil verməlidirlər. Buna baxmayaraq, ərazidə turistlərin ölkədaxili zəngləri üçün pulsuz telefon köşkləri quraşdırılıb.

Sinxua agentliyi bildirir ki, ilkin mərhələdə hər gün 2 min turist teleskopu yaxından görmək imkanı qazanacaq.

Diametri 500 metr, perimetri 1,6 kilometr olan nəhəng teleskopun inşasına 2011-ci ildə başlanılmışdı. Radioteleskopun maliyyə dəyəri 1,15 milyard yuan (təxminən 173 milyon ABŞ dolları) qiymətləndirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri