14 
Mar
2017
12:05
37
8
5194
Virtual karabakh

Beyin üçün ən faydalı ədviyyat

14 Mar, 2017
12:05
5194

Beyin üçün ən faydalı ədviyyat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəni Aralıq dənizinin sahilləri olan bibəriyə bütün dünyada tanınır, yeməklərə dad və ətir vermək üçün istifadə olunur. Bundan əlavə bu ətirli ot əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində ən yaxşı köməkçi vasitələrdən biri sayılır.

Oxu.Az bu barədə saglamolun.az-a istinadla xəbər verir.

Müasir araşdırmalar bibəriyənin güclü xərçəng əleyhinə təsiri aşkar edib. Eksperimentlər göstərib ki, bibəriyənin tərkibində olan maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidir.

Bundan əlavə, elmdə bibəriyənin beyinə olan güclü müsbət təsiri sübut edilib. Bu ədviyyat beyinin fəaliyyətini, yaddaşı, zehni, əhvalı yaxşılaşdırır, baş ağrıları azaldır. Hətta bibəriyənin ətri beyinin fəaliyyətinə müsbət təsir edir.

Alimlər beyinin sağlamlığını qoruyub saxlamaq, beyində yaşlanma proseslərini ləngitmək üçün bu ədviyyatdan istifadə etməyi tövsiyə edirlər.

Həmçinin bibəriyə immun sistemini və qaraciyəri möhkəmləndirmək, qan dövranını yaxşılaşdırmaq və  saçların uzanmasını sürətləndirmək kimi faydalı xüsusiyyətlərə malikdir.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri