22 
Mar
2017
14:31
197
26
26918
Virtual karabakh

Şəkərli diabetdən xilas olmağın sadə yolu

22 Mar, 2017
14:31
26918

Şəkərli diabetdən xilas olmağın sadə yolu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Otaqların havasının dəyişdirilməsi II tip şəkər xəstəliyi və piylənmənin qarşısını almaqda kömək edir.

Oxu.Az-ın The Telegraph nəşrinə istinadən məlumatına görə, bu barədə Oksford Universitetinin endokrinoloqu Eşli Qrossman bəyan edib.

Qrossman belə bir qənaətə BMJ Open Diabetes Research & Care jurnalında dərc edilən hollandiyalı alimlərin qlobal istiləşmənin insan orqanizminə təsiri barədə tədqiqatlarının nəticələrinə əsasən gəlib.

Qeyd edilir ki, orta temperaturun Selsi şkalası üzrə bir dərəcə qalxması hər il minlərlə insanlarda şəkərli diabet xəstəliyinə səbəb olur. Belə ki, isti havada insan orqanizmi istiliyin saxlanılması üçün kalori sərf etmir, nəticədə insulinə həssaslıq və insanın çəkisi artır. 

Endokrinoloqun sözlərinə əsasən, gecələr pəncərəni bir az açıq qoymaqla xəstələnmə ehtimalını xeyli aşağı salmaq olar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri