22 
Mar
2017
17:18
58
192
25638
Virtual karabakh

Narkotik alverçilərinin qanı – FOTOREPORTAJ

22 Mar, 2017
17:18
25638

Narkotik alverçilərinin qanı – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zorakılıq və qəddarlıq dünyası ilin ən yaxşı fotoqrafının şəkillərində.

Martın əvvəlində Reuters informasiya agentliyi bosniyalı Damir Saqolju ilin ən yaxşı fotoqrafı elan edib. O, Filippinin paytaxtı Manilada narkomafiya ilə qəddar müharibənin görüntülərini lentə alıb.

Oxu.Az reportyorun 2016-cı ildə lentə aldığı ən effektiv fotolarını təqdim edir:

Xüsusi təyinatlı qrupun Manila küçələrində növbəti reydi. Foto 2016-cı ilin oktyabr ayında çəkilib. Filippin prezidenti Rodriqo Duterte narkotik alverçilərini yerindəcə güllələməyə icazə verib.  

12 yaşlı Kasandra atası Vergilionun dəfn mərasimində ağlayır. Qohumların sözlərinə görə, Vergilio prezident Dutertenin seçkilərdə qalib gəlməsindən sonra narkotikdən imtina edib. Bununla belə 2016-cı ilin sentyabr ayında naməlum maskalı şəxslər Vergilionun evinə girərək onu elə çarpayıda güllələyiblər. 

Məhbuslar Filippinin Keson-Siti həbsxanasının həyətində yatırlar. Bu təcridxana gözətçilərin qəddarlığı və dəhşətli saxlanma şəraiti ilə məşhurdur. Burada 800 cinayətkara yer nəzərdə tutulsa da, həbsxanada ümumilikdə 3600 məhbus saxlanılır. Onlar açıq səma altında yatmağa məcburdurlar.

Qonşular beş nəfərin güllələndiyi otağın fotolarını lentə alırlar. Şahidlər iddia edirlər ki, narkotik alverçilərinin yaşadığı evə naməlum maskalı şəxslər hücum çəkiblər.

17 yaşlı qızı Manilanın mərkəzində qətlə yetiriblər. Şahidlər bildiriblər ki, onu sevgilisi ilə birlikdə motosikldə olan naməlum şəxslər güllələyiblər. Cinayət yerində “Sən heyvansan, sən narkotik alverçisisən” sözləri olan yazı qoyulub.

Filippin prezidenti Rodriqo Duterte sahil mühafizəsi qüvvələrinin peşə bayramında qızlarla foto çəkdirir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri