24 
Mar
2017
16:27
155
26
3762
Virtual karabakh

Qan qrupu artıq xüsusi kağızla müəyyən ediləcək

24 Mar, 2017
16:27
3762

Qan qrupu artıq xüsusi kağızla müəyyən ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı tədqiqatçılar tərəfindən insanın qan qrupunu 30 saniyə ərzində müəyyən edən xüsusi kağız hazırlanıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, yeni metod ekstremal hadisələr zamanı xəstənin həyatını xilas edərkən qan qrupunun müəyyənləşdirilməsi üzrə aparılan laborator analizlərə sərf olunan vaxt itkisi baxımından əhəmiyyətlidir.

Yeni kəşfin əsasını insan qanının reagentlərlə örtülmüş xüsusi vərəqlə təması təşkil edir. Kağız eritrositlərin çökmə sürətindən asılı olaraq müxtəlif rənglərə boyanır və bununla da həkimlər qanın hansı qrupa aid olduğunu müəyyən edə bilirlər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri