25 
Mar
2017
21:45
42
222
24240
Virtual karabakh

Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi

25 Mar, 2017
21:45
24240

Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçən həftə haqqında saysız əfsanələr gəzən, Rokfellerlər ailəsinin ən yaşlı nümayəndəsi Devid Rokfeller 101 yaşında vəfat etdi.

Rokfellerlər ailəsinin yüz illərdir davam edən biznes imperiyasının böyüməsinə bir çox şübhəli məqamların olması, siyasətə təsiri onlar barədə çox sayda fakta söykənməyən iddiaların da ortaya çıxmasına səbəb olur. Hətta Rotschild ailəsi ilə birlikdə bütün dünyanı idarə etdikləri belə konspiroloqlar tərəfindən yazılır.

Devid Rokfeller haqqında isə internetdə yazılan bir iddia isə digərlərindən kəskin fərqlənir. 101 yaşlı biznesmenin bir əsrlik ömrü ərzinə 6 ürək, 3 böyrək, iki dəfə də qaraciyər nəqli keçirdiyi yazılırdı. Hətta onun “200 yaşına qədər yaşamaq istəyirəm” dediyi belə iddia olunurdu.

Ancaq bu iddia yalandır! İlk dəfə Amerikanın yumoristik əyləncə portalı The World News Daily Reportdə yazılan bu xəbər sürətlə bütün dünyaya yayılır. Bu əyləncə portalı özlərinin də qeyd etdiyi kimi real insanlar və hadisələrlə bağlı yumoristik xəbərlər hazırlayır.

2015-ci ildə yazılan bu “xəbər” iki il ərzində sosial şəbəkələrdə tez tez qarşımıza çıxırdı. Devid Rokfeller ölümünün ardından isə daha da çox adam tərəfindən paylaşılırdı.

Qısacası, Devid Rokfeller barədə tez-tez qarşımıza çıxan bu iddia heç bir fakta əsaslanmır. California Universitetinin ürək köçürmələri ilə bağlı açıqladığı hesabatlardan əldə olunan məlumatlarına əsasən, dörd dəfə ürək nəqli keçirən heç bir xəstə bir neçə aydan çox yaşamayıb.

Mənbə: pahoo.az

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri