28 
Mar
2017
12:22
28
6
1749
Virtual karabakh

Özbəkistanda 3 kiloqram ağırlığında limon yetişdirilib

28 Mar, 2017
12:22
1749

Özbəkistanda 3 kiloqram ağırlığında limon yetişdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistan Milli Universiteti nəzdindəki Kimya və Fizika polimerləri Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Muxammadaziz Faxritdinov çəkisizlik şəraitində təxminən 3 kiloqram ağırlığı olan tezyetişən limon əldə edib. Bu sitrus meyvəsi keyfiyyətinə görə adi limonlardan heç nə ilə fərqlənmir.

Oxu.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

M.Faxritdinov jurnalistlərə bildirib ki, bu ağırlıqda limonun yetişdirilməsi institutun kollektivinin yaratdığı “Uzxitan” preparatı sayəsində mümkün olub. O deyib ki, əvvəl zoğ əmələ gəlməsi üçün 60 gün tələb olunurdu, bu preparatın köməyi ilə bu vaxt iki dəfə tezləşib. Tinglər əvvəl istixanada yetişdirilir, sonra açıq havaya köçürülür. Üç il ərzində bu tinglərə lazımi qaydada qulluq edilərsə, onlar 10 dərəcə şaxtaya davamlı olur. Bir koldan 5 il ərzində 120-150 limon yığmaq olar. Bu sort xəstəliklərə davamlıdır, işığı və nəmişliyi sevir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri