29 
Mar
2017
18:43
462
78
66326
Virtual karabakh

Bu şəhərin sakinləri yalnız qadınlardır – FOTO

29 Mar, 2017
18:43
66326

Bu şəhərin sakinləri yalnız qadınlardır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyanın Noyva de Kordeyru şəhərindəki qadınlar Yer kürəsində yaşayan kişilərə onlarla daimi yaşamaq üçün müraciət edib. 

Oxu.Az-ın Qafqazinfo-ya istinadla xəbərinə görə, bu ərazilərdə 25-35 yaş arası 600 qadın yaşayır. Onlar romantik münasibət qurmaq və nikaha daxil olmaq istəyirlər. 

Qadınlar ərə getmək haqda istəklərini “Facebook” sosial şəbəkəsi vasitəsilə bildiriblər. Noyva de Kordeyru sakinləri yalnız subay kişilərlə maraqlanır. 

Bu şəhərdəkilər arasında matriarxat sistemi fəaliyyət göstərdiyi üçün kişilər onların şərtləri ilə razılaşmalıdırlar. Ailədə söz sahibi qadın olmalı və kommunal işləri o görməlidir. Xanımların mətbuata verdiyi məlumata görə, onlar artıq neçə illərdir ki, kişi ilə öpüşməyiblər. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri