18 
Apr
2017
15:59
274
9
12889
Virtual karabakh

Üç qardaşın saldığı kənd – FOTO + VİDEO

18 Apr, 2017
15:59
12889

Üç qardaşın saldığı kənd – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin şimal diyarındakı dağlar arxasında 3 qardaş bir kənd salıb yaşayır. 

Oxu.Az-ın məlumatını görə, “Qafqazinfo” İsmayıllının gözdən uzaq, dağlar arxasında gizlənən sözügedən Kənəyə kəndindən reportaj hazırlayıb.

Kəndi hazırda orada yaşayan qardaşların babaları salıb. 300 illik tarixi olan Kənəyə kəndində üç ailə heyvandarlıqla məşğul olur, dirrik işləri görür, əkin-biçinlə güzəranını saxlayır. 

Kənddə cəmi üç ev olsa da, həyat canlıdır. At çapan kim, mal otaran kim, yemək bişirən kim. Bir sözlə, əsl kənd həyatı. 

Kəndin yolu kimi, işığını da elə sakinlər çəkib. 

Kənəyə kəndinin əhalisi milliyyətinə görə tatdırlar. Odur ki, kəndin adı da elə tat dilində duman, çən olan yer mənasına gəlirmiş.

Əvvəllər tövləyə canavar hücumları olsa da, artıq yırtıcı heyvanlar da onları yaxşı tanıyır. Qısası, üç qardaşın saldığı bu kənd artıq nəsildən-nəslə bir yadigar rolunu oynayır.

Z.Q

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri