18 
Apr
2017
16:39
120
28
11394
Virtual karabakh

Alimlər ilk dəfə nəhəng gəmi qurdu tutublar – VİDEO

18 Apr, 2017
16:39
11394

Alimlər ilk dəfə nəhəng gəmi qurdu tutublar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filippində alimlər nəhəng gəmi qurdu aşkar ediblər. Bir metrə yaxın boyu olan qurdu ilk dəfə canlı tutublar.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. 

Onun axtarışı bir neçə ölkədən olan alimlər qrupu tərəfindən aparılırdı. 

Nəhəng gəmi qurdu adlanan canlı əslində molyuskdur. Klassik təsnifatda - Kuphus polythamia adlanır. 

Canlıya formasına və dərisinin səthinin xarakterik nəmliyinə görə qurd deyirlər. Adında “gəmi” sözünün mənşəyi isə Kuphus polythamia qurdlarının taxta gəmilərin qalıqları ilə də qidalanmasıdır. 

Canlı alimləri qeyri-adi həyat tərzinə görə maraqlandırırdı. Belə ki, Kuphus polythamia dənizin dibində gizlənərək yaşayır. 

Qumda gizlənir, onun nəfəs alması üçün iki çıxıntısı qumun səthində qalır. Molyusk öz ətrafında bərk materialdan qın yaradır. Bu qın molyusk böyüdükcə qalınlaşır.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri