18 
Apr
2017
22:20
342
90
66683
Virtual karabakh

Biznes quran gənc azərbaycanlı xanımlar – FOTO

18 Apr, 2017
22:20
66683

Biznes quran gənc azərbaycanlı xanımlar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda çox az sayda öz biznesini quran uğurlu gənc xanımlar var. 

Oxu.Az bizplus.az-a istinadən gənc yaşlarında öz biznesini qurmuş azərbaycanlı xanımları sizə təqdim edir: 

Onları siz də tanıyın!

Nərmin Zeynalzadə

Nərmin Zeynalzadə 1994-cü ildə Bakıda anadan olub. Təhsilini Milli Aviasiya Akademiyasının iqtisadiyyat və hüquq fakültəsində alıb. “4 Service” xarici şirkətində HR menecer işləməklə yanaşı, qadınlar üçün əl işi alt geyimi istehsal edən “Confidence” şirkətini təsis edib.

Mənzər Hacıyeva

Mənzər Hacıyeva 1986-cı ildə anadan olub. Nyu-York Universitetini bitirib və ixtisas təhsilini Parsons Dizayn İnstitutunda davam etdirib. 2012-ci ildə öz brendini yaratmaq qərarına gəlib. Mənzərin təsis etdiyi “Menzer Hajiyeva” brendi art-şərflərin istehsalı ilə məşğuldur.

Bəyaz Məcidova

Bəyaz Məcidovanın 23 yaşı var. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır. “Facebook”da təsadüfən paylaşdığı dekorasiya işinə görə ona sifarişlər gəlib. Daha sonra səhifə yaradıb və sifarişləri getdikcə artıb. 22 yaşında fərqli hədiyyələr və dekorasiya işləri görən “Beyaz decoration” şirkətini yaradıb.

Mehin Alməmmədova

Mehin Alməmmədova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dizayn sahəsi üzrə təhsil alıb. ABŞ Dövlət departamenti tərəfindən maliyyələşdirilən UGRAD proqramı çərçivəsində dizayn üzrə Amerikada oxumuş ilk və yeganə tələbə olub. 2013-cü ildə “Events” şirkətini yaradıb. Hazırda komandası ilə hər cür toy, ad günü, nişan, korporativ tədbirlərin təşkilini və dizaynını həyata keçirir.

Səriyə Əliyeva

İxtisasca diş həkimi olan 25 yaşlı Səriyə Əliyeva ixtisası üzrə çalışdığı işindən ayrılaraq 2015-ci ildən tort bişirmə bacarığını biznesə çevirmək qərarına gəlib. “Sweet Cakes Baku” brendini yaradan Səriyə instagramla gün ərzində onlarla sifariş alır və artıq öz şəxsi şirniyyat evini açmağa hazırlaşır.

Ülkər İsgəndərova

Ülkər İsgəndərovanın 24 yaşı var və o, Azərbaycan Dövlət İqtisad Universitetində magistr pilləsi üzrə təhsil alır. 3 yaşlı qızının adını verdiyi “nazli_design” onlayn mağazasının qurucusudur. Qısa zaman ərzində yetərincə tanınma ve izləyici rəğbəti qazandığı üçün tezliklə “Nazli Decoration Group” adlı şirkət yaratmağı və geniş miqyasda fəaliyyət götərməyi planlaşdırır.

Aytən Əliyeva

Aytən Əliyeva 1990-cı ildə Bakıda anadan olub. Azərbaycanda Dövlət Pedaqoji Universitetində təhsil alıb. 2014-cü ildə “Sürprizim” var adlı şəxsi şirkətini yaradıb. Hal-hazırda həm də “Glam Organization” və “7 surprise” onlayn hədiyyə mağazalarını idarə edir.

Selmi Cənnətova

Selmi Cənnətova 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Gömrük işi üzrə ixtisasını bitirib. 2008-ci ildən Dünya Birjası ilə maraqlanır və treyder kimi fəaliyyət göstərir. Eyni zamanda onlayn şəkildə saat ticarəti ilə məşğuldur: Scshop.az

Əsli Musayeva

Əsli Musayeva 1996-cı ildə Qazaxda anadan olub. Hal-hazırda Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə təhsil alır. 2016-cı ildə Toxucu brendini yaradıb. “Uşaqlar üçün toxu” layihəsinin idea müəllifidir. Toxucu xanımlarla birgə Azərbaycanda toxuculuğu brendləşdirmək və qadınların əlişlərindən pul qazanmasını aktuallaşdırmaq üçün çalışır.

Nəzrin Ağarzayeva

Yerli, sərfəli dizayner geyim brendi “naveen.az” Nəzrin Ağarzayeva tərəfindən idarə olunur. Özü İT sahəsində təhsil alsa da dizayn və modaya marağı olub. İntern filminə baxdıqdan sonra Naveen şirkətini yaratmaq qərarına gəlib və bir ay ərzində 40-50 sifariş alıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri