20 
Apr
2017
10:19
121
43
8446
Virtual karabakh

Azərbaycanın ən yaşlı bəy və gəlinləri

20 Apr, 2017
10:19
8446

Azərbaycanın ən yaşlı bəy və gəlinləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 50 yaşdan sonra nikaha daxil olan vətəndaşların sayı açıqlanıb.

Oxu.Az azvision.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi 2016-cı il ərzində yaşı 50-ni keçən 1700 kişi, 779 qadının rəsmi nikaha daxil olduğunu bildirib.

Ümumilikdə isə bu yaş həddində evlənənlərin sayı ötən il 2479 olub.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, 70 yaşdan yuxarı 38 nikah, 80 yaşdan yuxarı 11 nikah qeydə alınıb.

“Ötən ilin ilk dörd ayında qadınlar arasında 60 yaşdan yuxarı 21, 70 yaşdan yuxarı isə 5 nikah qeydə alınıb”, - deyə Ədliyyə Nazirliyinin rəsmisi bildirib.

Qeyd edək ki, 2015-ci ilin statistikasına əsasən, Azərbaycanda nikaha daxil olan ən yaşlı kişinin 81 (Qubadlı rayonu), ən yaşlı qadının isə 68 yaşı (Siyəzən rayonu) olub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri