24 
Apr
2017
23:18
234
35
10435
Virtual karabakh

Qadın hamilə olarkən yenidən hamilə qaldı

24 Apr, 2017
23:18
10435

Qadın hamilə olarkən yenidən hamilə qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərədə qəribə hadisə baş verib. Hamilə qadın yenidən hamilə qalıb. 

Oxu.Az-ın məlumatına görə, bu barədə İstiPress xarici mətbuata istinadən xəbər verir.

Qəribə və təəccüblü hadisə 37 yaşlı qadının başına gəlib. Jonale Broad və həyat yoldaşı övlad sahibi olmağa qərar veriblər. 

Həkimə gedən qadın üçəmi olacağını eşidəndə ilk şoku yaşayıb. Lakin şok bununla bitməyib. Daha sonra o üçəmlərə eyni anda hamilə qalmadığını bilib.

Katlen, Delia və Tabita - çox nadir hallarda müşahidə edilən hamiləlik üstünə hamiləlik kimi halla dünyaya gəliblər. Tabita bacılarından iki həftə kiçikdir.

Tibb tarixində "superfoetation" adlandırılan bu hadisə ilə qadın ilk olaraq eyni yumurta əkizləri olan Katlen və Deliaya hamilə qalıb. İki həftə sonra isə Tabita ana bətninə düşüb.

Lakin 32-ci həftədə Delianın inkişafı dayanıb. Həkimlər dərhal əməliyyat etmək qərarına gəliblər. Xoşbəxtlikdən uşaqların hər üçü sağ qalıb. Maraqlıdır ki, bacılarından iki həftə kiçik olan qız da əkiz bacılarına tam bənzəyir.

Qadın yaşına görə hamilə qalmasının çətin olacağını zənn etdiyini deyib. "Amma iki dəfə üst-üstə hamilə qaldığımı öyrənəndə bu böyük sürpriz oldu".

Z.Q.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri