29 
Apr
2017
20:00
63
10
7960
Virtual karabakh

Dünyanı heyran edən 9 fiziki məhdudlu insan – FOTO

29 Apr, 2017
20:00
7960

Dünyanı heyran edən 9 fiziki məhdudlu insan – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bildiyimiz kimi, fiziki məhdudlu olan insanlar gündəlik həyatda bir çox problemlərlə qarşılaşır. Lakin sadalayacağımız qəhrəmanlar bütün dünyaya sübut etdilər ki, əlinin və ya ayağının olmaması heç də hər şeyin sonu deyil.

Oxu.Az 1news.az-a istinadən dünyanı heyran edən 9 fiziki məhdudlu insan haqqında məlumatı təqdim edir:

1. Keyt Foster, gimnast (17 yaş)

2011-ci ildə kəskin miyeloid leykoz xəstəliyindən 17 yaşlı gimnast ayağını itirir. Lakin əməliyyatdan 3 il sonra Keyt yenidən idmana qayıdaraq məşqlərini davam etdirir. Ötən il Keyt yarışlarda iştirak edib və bu günədək digərləri ilə eyni dərəcədə çalışır.

2. Cessi Kuinn, fitnes-model (24 yaş)

Doqquz il öncə Cessi xərcəng xəstəliyindən ayağını itirir. Lakin yaşadıqlarına baxmayaraq, o, depressiyaya qalib gələrək “Instagram”ın ən uğurlu bloggerlərindən birinə çevrilir. Hazırda Cessi fəal həyat tərzi yaşayır: üzgüçülük və qaçmaqla məşğuldur, eləcə də “Nike” firmasının layihələrində iştirak edir.

3. Sergey Kutovoy, fitnes-blogger (21 yaş)

Keçirdiyi qəza nəticəsində Sergeyin ayaqları kəsilir. Həmçinin o, uzun müddət artıq çəkidən əziyyət çəkirmiş. Xəstəxanada qaldığı müddətdə onun çəkisi 101 kiloqrama çatır. Lakin bütün bunlara baxmayaraq, o, bütün iradəsini toplayaraq idmanla məşğul olmağa başlayır. Hazırda Sergey “Instagram”ın fəal istifadəçilərindəndir. O, firnes-model olmaq istəyir. Ən böyük arzusu isə paralimpiyada iştirak etməkdir.

4. Paola

2014-cü ildə Paolanı avtomobil vurur. Qəza nəticəsində onun ayağı kəsilir. Lakin protez sayəsində o, hamı kimi adi həyat yaşaya bilir. Paola rəqs və fitneslə məşğuldur, eləcə də at minməyi də bacarır. Ən önəmlisi isə Paola öz qüsurundan utanmayaraq şort da geyinir.

5. Cessika Van Zeyl, ictimai fəal (23 yaş)

Nadir xəstəliklərdən olan melanomaya görə tələbə qız görmə qabiliyyətini itirir. Əgər onun gözü əməliyyat olunmasaydı xərcəng bütün bədəninə vüsət edərdi.

6. Kanya Sesser, idmançı, model (25 yaş)

Ayaqları olmadan doğulan Kanyanın anası onu buddistlərin məbədi önünə qoyur. 5 yaşı olarkən o, övladlığa götürüldüyü valideynləri ilə birgə ABŞ-a gələrək, burada model olmağa başlayır. Hazırda o, Paralimpiya-2018-də iştirak etmək üçün ciddi surətdə idmanla məşğul olur.

7. Rebekka Marine, model (30 yaş)

Qolsuz doğulan Rebekka uğurlu karyera qurmağa müvəffəq olur. Hətta 2 dəfə Nyu Yorkda moda həftəsində iştirak edir. O, tezliklə Vogue jurnalının üz qabığında fotosunun olacağına çox inanır.

8. Betani Hemilton, sörfinqist (27 yaş)

Betaninin ən sevdiyi məşğuliyyət sörfinqdir. 13 yaşında köpək balığının hücumuna məruz qalaraq qolunu itirir. Lakin yaşadığı uğursuzluqlara baxmayaraq o, məşhur idmançı, çox gözəl ana və həyat yoldaşıdır. Eləcə də o, “Qəlbin sörfçüsü” kitabının müəllifidir.

9. Nik Vuyçiç, yazıçı, natiq (34 yaş)

Bu qəhrəmanı tanımayan yoxdur. Tetrameliya sindromu ilə doğulan Nikin aşağı və yuxarı ətrafları demək olar ki, yoxdur. Lakin bütün bunlara baxmayaraq o, tam həyat tərzi sürür. Gənclik vaxtında özünə qəsd etmək fikirləri olmasına baxmayaraq hazırda o, üzməyi, kompüterdə yazmağı bacarır. Həmçinin Nik yazıçıdır. Eləcə də Nik iki övlad atasıdır. O, bütün dünyada insanlarda ruh yüksəkliyi yaradan mühazirələr oxuyur.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri