25 
Apr
2017
14:51
59
63
8394
Virtual karabakh

Ölkəmizdə bu cərrahiyyə əməliyyatına icazə verildi

25 Apr, 2017
14:51
8394

Ölkəmizdə bu cərrahiyyə əməliyyatına icazə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gözün buynuz qişasının idxalı və transplantasiyasına icazə verilib.

Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına icazə verilməsi ilə bağlı qanunlara dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunlara dəyişikliklər layihəsinə əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilir.

Layihələr səsə qoyularaq qəbul olunub.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri