26 
Apr
2017
20:20
115
16
7961
Virtual karabakh

Frankfurtdan Bakıya uçan “Airbus”la bağlı əhvalat

26 Apr, 2017
20:20
7961

Frankfurtdan Bakıya uçan “Airbus”la bağlı əhvalat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən bazar günü yerli vaxtla təxminən saat 15 radələrində Almaniyanın kurort şəhəri Koburgun üzərində göy gurultusunu xatırladan səs eşidilir. Şəhər sakinlərindən biri - gənc qadın həmin səsdən diksinir, əvvəlcə onun göy gurultusu olduğunu zənn edir. Daha sonra bunun alçaqdan uçan nəhəng sərnişin təyyarəsinin səsi olduğunu müəyyən edir və tez kompüterini açır. Avropa səmalarında bütün hava gəmilərinin hərəkətini onlayn rejimdə izləməyə imkan verən populyar Flightradar24.com saytına daxil olur. Və müəyyən edir ki, bu, Frankfurtdan Bakıya uçan “Airbus A321” sərnişin təyyarəsidir...

Bəs təyyarə niyə Bakıya uçmaq əvəzinə Koburg səmalarında alçaqdan dövrə vururdu və şəhər sakinlərini diksindirmişdi? 

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu əhvalat barədə Almaniyanın “Frankenpost” qəzeti yazıb. Təyyarə ilə bağlı insidenti isə qəzetə Koburg şəhərinin sakini olan həmin qadın çatdırıb.

Qadın deyir ki, o, Flightradar24.com saytını xoşlayır və boş vaxtlarında bu sayta girib təyyarələrin uçuşunu izləmək onun hobbisidir. Bazar günü isə qadının sayta daxil olub bir neçə dəfə klikləməsi kifayət edib ki, Koburgun üzərində alçaqdan uçan təyyarənin Frankfurtdan Bakıya uçduğunu və nədənsə geri qayıdıb şəhər üzərində dövrə vurduğunu müəyyən etsin. Radar göstəricilərinə əsasən məlum olub ki, təyyarə Çexiyanın üzərindən geri qayıdıb, marşrutunu tamamilə dəyişib və Koburq şəhərinin yerləşdiyi Bad Rodach bölgəsi üzərində dövr edib.

“Bütün günü mən internetdə xəbərləri araşdırdım, ancaq orada Bakıya uçan təyyarədə problem yarandığına dair heç bir məlumata rast gəlmədim”-qadın deyib. 

Flightradar24.com saytından təyyarəni izləyən qadın onun yerli vaxtla saat 16.14-də yenidən Frankfurt aeroportuna endiyini müəyyən edib. O da məlum olub ki, təyyarə “Lufthansa” şirkətinə məxsusdur.

Ötən gün “Lufthansa” şirkətinin mətbuat katibi qəzetə açıqlamasında insidenti təsdiq edib. “Doğrudan da DLH612 reysi ilə Frankfurtdan Bakıya uçan təyyarə ilə bağlı insident olub. 200 sərnişin üçün nəzərdə tutulan maşında həmin vaxt 161 sərnişin var idi, təyyarə 13.54-də Frankfurtdan havaya qalxdı. Lakin yol boyu mühərriklərdən birində nasazlıq yarandı və pilot uçuşu dayandırmağı qərara aldı”- şirkətdən bildirilib.

Məlumata görə sərnişinlərin hamısı başqa təyyarə ilə həmin gün Bakıya yola salınıb.

Z.Q.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri