30 
Apr
2017
10:47
194
26
12870
Virtual karabakh

“Su əjdahası” yerüstü sınaqlardan uğurla keçdi – VİDEO

30 Apr, 2017
10:47
12870

“Su əjdahası” yerüstü sınaqlardan uğurla keçdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinli mühəndislər tərəfindən hazırlanan dünyanın ən böyük amfibiya-təyyarəsi AG600 yerüstü sınaqları uğurla başa vurub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS nəşri Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkətinə istinadən məlumat yayıb.

“Yerüstü sınaqlar uğurla yekunlaşıb. Bu isə o deməkdir ki, təyyarə ilk uçuşa tam hazırdır”, - şirkətdən bildiriblər.

Amfibiyanın su üzərindən ilk uçuşu ilin ikinci yarısına planlaşdırılıb.

AG600 təyyarəsinin (“Su əjdahası”) uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə 4500 km təşkil edir.

Təyyarə 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabiliyyəti də var.

AG600 təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri