May
2017
20:35
117
16
6555
Virtual karabakh

Dünyanın ən qoca insanı – FOTO

7 May, 2017
20:35
6555

Dünyanın ən qoca insanı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

117 yaşındakı Violet Mosse Brown dünyanın ən yaşlı qadını hesab olunur. Ondan əvvəl ən yaşlı insan Emma Morano adlı qadın imiş. Emma 1899-cu ilin sonlarında İngiltərədə kraliça Viktoriya taxta olduğu dövrdə dünyaya göz açmışdı. Nyu-Yorkda yaşayırdı. 116 yaşı vardı.
 
Bu yaxınlarda dünyanın ən yaşlı insanı hesab olunan Emma Morano vəfat etdi. İndi isə onun yerini Viloet Mosse Brovn tutur. Qadının 117 yaşı var.
 
Viloet 1900-cü ilin martında Yamaykada dünyaya göz açıb. Onun anadan olduğu tarixdə hələ də kraliça Viktoriya taxtda idi.

Violetin ən böyük oğlu Harold 96 yaşındadır. Harold valideynlərindən birinin həyatda olması xoşbəxtliyini yaşayır. Bu yaşda anasının sağ olduğunu görən yeganə insandır.

Viloetin bioqrafiyasında maraqlı bir fakt da var: qadın köləlikdən xilas olub! Həyatının baharında kölə tarlalarında çalışıb və pul yığıb əri ilə bir yerdə tarla sahəsi alıb. Bu tarlada şəkər yetişdirib satır, ailəni dolandırırdılar.
 
Violetin baxıcıları qadının uzun illər yaşamasının səbəbini balıq və quzu ətinə bağlayırlar. Arada bir dana ətinin dadına baxan Violet heç vaxt toyuq yeməyib. Eyni zamanda yer alması, kartof, portağal və manqo da Violetin süfrəsindən əskik olmayıb.
 
Yamayka prezidenti Andrew Holness “Tweeter”də ölkəsinin və dünyanın ən yaşlı qadınını təbrik edib: “Dünyanın ən yaşlı insanı! 10 mart 1900-cü il təvəllüdlü, yamaykalı Violet Brown! Təbriklər Violet!”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri