May
2017
19:00
102
55
5521
Virtual karabakh

Mərmərə dənizi narıncı rəngə boyandı

4 May, 2017
19:00
5521

Mərmərə dənizi narıncı rəngə boyandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Tekirdağ şəhəri yaxınlığında Mərmərə dənizinin suları narıncı rəngə boyanıb.

Oxu.Az-ın Trend-ə məlumatına görə, bu hadisə sakinlərin narahatlığına səbəb olub.

Onlar bunun kimyəvi maddələrin suya qarışması nəticəsində baş verdiyini hesab edib. Lakin bioloqlar bu amilin ən kiçik dəniz canlısı olan planktonlarla bağlı olduğunu bildirib.

Alimlərin sözlərinə görə, bu planktonlar yaz aylarında ətraf suları müxtəlif rənglərə boyaya bilər.

“Noctiluca scintillans” növünə aid planktonlar dənizi çəhrayı, yaşıl, qırmızı və qəhvəyi rənglərlə boyamaq qabiliyyətinə malikdir. Bu amil təbii mühitə heç bir ziya vurmur.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri