20 
May
2017
22:54
185
39
10160
Virtual karabakh

Hollivudun “qəhrəman” ataları: Çoxuşaqlı ulduzlar - SİYAHI + FOTO

20 May, 2017
22:54
10160

Hollivudun “qəhrəman” ataları: Çoxuşaqlı ulduzlar - SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Ölkə.Az-a istinadla Hollivudun çoxuşaqlı atalarını təqdim edir.

1. Corc Forman

Məşhur boksçu Corc Forman həyat yoldaşına sadiqlik və ailəsi ilə məşhurdur. Corc 10 uşaq tərbiyə edir. 1985-ci ildə idmançı Meri Coanla ailə həyatı qurub. Bu günə qədər cütlüyün 10 övladı dünyaya gəlib. Corc 5 oğul və 5 qız atasıdır.

2. Eddi Merfi

Səkkizqat ata Eddi Merfi komediya aktyoru kimi məşhurdur. İlk dəfə 1989-cu ildə oğul atası olub. Bu uşağın anası barədə bu günə qədər heç bir məlumat yoxdur. Tezliklə Tamara Mur da Eddiyə bir oğul doğur. Nikol Mitçell ilə nikahdan da 5 övladı dünyaya gəlir. 2005-ci ildə cütlük boşanır. Eddi sonuncu dəfə 2007-ci ildə ata olur. Bu dəfə isə Melani Braun komediya ustası üçün uşaq dünyaya gətirir. Eddi uzun müddət bunu inkar etsə də, sonradan ekspertiza uşağın atasının Eddi olduğunu sübut edir.

3. Mel Gibson

Mel Gibson 8 uşaq atasıdır. 1980-ci ildə Robin Murla ailə həyatı qurub. Bu nikahdan altı oğlu və bir qızı var. Cütlük 2009-cu ildə ayrılmaq qərarına gəlir. Bir neçə ay sonra rusiyalı müğənni Oksana Qriqoryeva Mel ilə münasibətinin nəticəsində qız övladını dünyaya gətirir.

4. Mik Caqqer

7 övlad atası olan rok-musiqiçinin övladlarını müxtəlif qadınlar dünyaya gətiriblər. Onun ilk övladını rəsmi nikahda olduğu Byanka de Masias dünyaya gətirib. Tezliklə cütlük ayrılır. Mik qısa müddətə Cerri Holl ilə münasibət qurur və qadın ona 4 uşaq doğur. Sonradan musiqiçi müğənni-model Luçiana Morad ilə eşq macərası yaşadığı üçün Cerri ilə olan nikahı başa çatır. Luçiana Mikin 7-ci övladının anasıdır.

5. Stiven Spilberq

Məşhur Hollivud rejissoru və prodüseri altı uşaq atasıdır. Spilberqin birinci arvadı aktrisa Ema İrvinqin dünyaya gətirdiyi uşaq Stivenin ilk övladıdır. Tezliklə cütlük boşanır və uşaq atası ilə yaşamağa başlayır. Rejissorun ikinci nikahı Keyt Kepşou ilə baş tutur. Qadın ona 3 uşaq dünyaya gətirir. Bundan başqa, cütlük iki uşaq da yetimxanadan götürür. Bu gün Keyt və Stiven övladlarının tərbiyəsi ilə məşğul olurlar.

6. Ozzi Osborn

Musiqiçinin altı övladı var. Onun ilk arvadı Telma Rayli iki uşaq dünyaya gətirib. Tezliklə cütlük boşanır və Ozzi Şeron Osbornla nikaha daxil olur. Bu nikahdan Ozzinin üç uşağı dünyaya gəlir. Osborn ailəsində Ozzinin birinci arvadının başqa kişidən olan övladı da yaşayır. Ozzi bu uşağı qəyyumluğa götürüb.

7. Bred Pitt

Bred Pitt Ancelina Coli ilə birlikdə 6 övlad böyüdüb. 6 uşaqdan üçü cütlüyün bioloji övladı, digər üçü isə övladlığa götürülmüş uşaqlardır. Bu gün cütlük ayrılsa da, Bred artıq övladlarını görə bilir.

8. Pirs Brosnan

5 övlad atasıdır. Pirslə tanışlığa qədər Kassandra Harris artıq iki uşaq anası idi. Uşaqlarının atası vəfat etdikdən sonra Pirs yetimləri övladlığa götürür. Cütlük 1980-ci ildə nikaha daxil olur. Onların bu nikahdan oğlan övladları dünyaya gəlir. Kassandra və Pirs 11 il birlikdə yaşadıqdan sonra 1991-ci ildə qadının xərçəng xəstəsi olduğu üzə çıxır. Uzun müalicələrdən sonra Kassandra vəfat edir. 10 il sonra Pirs yenidən ailə həyatı qurur. Aktyor jurnalist Kili Şey Smit ilə nikaha girir. Bu nikahdan da onun iki oğlu dünyaya gəlir.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri