May
2017
17:33
175
227
12256
Virtual karabakh

Gəncədə möhtəşəm fləşmob təşkil olunub – VİDEO

6 May, 2017
17:33
12256

Gəncədə möhtəşəm fləşmob təşkil olunub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə “IV İslam Həmrəyliyi Oyunları”nın loqosu canlandırılıb.

Oxu.Az-ın məlumatına görə, “IV İslam Həmrəyliyi Oyunları” ərəfəsində Gəncədə təşkil olunan möhtəşəm fləşmob 6 min gəncin iştirakı ilə keçirilib. Gəncənin gəncləri şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq idman bayramının sevincini yaşayıblar. Canlı loqonu yaratmaqla sülh və həmrəylik çağırışları ətrafında birləşdiklərini dünyaya nümayiş etdiriblər.

Canı loqonun yaradılmasını şəhər ictimayyətinin nümayəndələri və şəhər sakinləri izləyib. Fləşmob 6 min gəncin iştirakı ilə keçirilib.

Gəncədə bundan əvvəl 2014-cü ildə eyni məkanda ümummilli lider Heydər Əliyevin canlı portreti, 2015-ci ildə “Bakı-2015” birinci Avropa Oyunlarının canlı loqosu yaradılıb. Ötən il isə “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı”nın loqosu canlandırılıb.

Qeyd edək ki, nümayiş olunan canlı loqonun təşkilatçısı “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyidir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri