11 
May
2017
22:24
21
168
12348
Virtual karabakh

İlk insanlar hansı xəstəlikdən ölüblər?

11 May, 2017
22:24
12348

İlk insanlar hansı xəstəlikdən ölüblər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya tarixinin neandertal insanlarının hansı səbəbdən məhv olması məlum olub.

Oxu.Az ölkə.az-a istinadən xəbər verir ki, buna səbəb müasir insanların Afrikadan Avropaya köçü olub.

Müasir insanlar Afrikadan Avropaya köçəndə neandertallarla üzləşiblər. Yeni araşdırmalara əsasən neandertallar müasir insanlardan yoluxduqları xəstəlik səbəbindən tarixdən siliniblər.

Kembric və Oksford universitetlərinin alimlərinin araşdırmasına görə müasir insanda ən geniş yayılan neandertal DNA-sının bəziləri xəstəliklərə qarşı mübarizədə rol oynayır. Bu isə müasir insanlar neandertal insanın daş dövründə qarşılaşdığını, xəstəliyə səbəb olan mikroblarla savaşın həyatın normal bir parçası olduğuna işarət edir.

Bundan başqa bir çox mikrobun müasir insanda nə vaxt xəstəliyə səbəb olduğu araşdırılıb. Məlum olub ki, bir çox mikrob 8 min il əvvəl kənd təsərrüfatı və ev heyvanları saxlama dövrünə keçdikdən sonra heyvanlardan insanlara yayılıb. Amma bir çox xəstəliyin daha əvvəldən də məlum olduğu bilinir. Bu isə müasir insanın Afrikadan çıxarkən bu xəstəlikləri özü ilə daşıyaraq neandertallara yoluxdurduğu mənasına gəlir. Houldkroftun fikrinə görə, bu xəstəliklər neandertalları birdən məhv etməyib. Zaman keçdikcə neandertalların sağlamlıq vəziyyəti pisləşib və onlar tarix səhnəsindən siliniblər.

Bu xəstəliklər müasir insanı öldürmür. Amma neandertallar bu xəstəliklərlə tanış olanda başqa problemlərlə də üz-üzə idilər.

Genetik məlumatlara əsasən 50 min il əvvəl neandertalların sayı onsuz da az idi. 15-30 nəfərlik qruplar halında yaşayırdılar. Bu mikroblarla tanışlıq isə ovçuluq və yığıcılıq qabiliyyətinə mənfi təsir göstərib.

Neandertalın skleti

Z.Q.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri