14 
May
2017
22:00
21
402
14021
Virtual karabakh

Plastik əməliyyat aşiqləri fantastik personajlara çevrilirlər – FOTO

Güclü təxəyyülü olan şəxslərin xarici görünüşlərindən narazıçılığının ağlasığmaz nəticələri ola bilər. Uydurulmuş reallığın təsiri altına düşərək onlar plastik əməliyyatların yardımı ilə sevdikləri personajlardan birinə çevrilir. 

Oxu.Az xəbər verir ki, Ienta.ru real dünyanın darıxdırıcı olduğunu düşünənlərin şəkillərini təqdim edir. 

Foto: @uispadron_plasticprince
Buenos-Ayresdə yaşayan Luisi uşaqlıqda hamı ələ salırdı. Xoşagəlməz reallıqdan qaçmaq üçün o, nağıllara aludə olub. Böyüməsinə baxmayaraq, bu həvəsindən yan keçməyib.

 

Foto: @opheliavanity
Los-Ancelesdən olan Ofeliya Vaniti “Barbi” gəlinciyinə bənzəmək üçün 32 min dollar xərcləyib. 

Foto: @rodrigoalvesuk
Rodriqo Alvesa uşaqlıqdan “Barbi” gəlinciyinin sevgilisi olan Kenin pərəstişkarı olub. 

Foto: @vinnyohh
Los-Ancelesdən olan 22 yaşlı Vinni Ox yadplanetliyə bənzəmək üçün 110 plastik əməliyyat keçirib.  

Foto: @pixeefox
25 yaşlı İsveç modeli Piksi Foks “Dovşan Roceri kim zərbə altında qoyub” cizgi filminin qəhrəmanına bənzəmək üçün 135 min dollar xərcləyib. 

Foto: @therealredskull
Venesueladan olan 37 yaşlı Genri Demonun kumiri Marvel planetinin sakini Qırmızı Kəllədir.  

Foto: @cassandracass21
Dovşan Rocerə Kassandra Kass da yetişməyə çalışıb, o, bu arzusu üçün 200 min dollarlıq prosedurdan keçib. 

Foto: @damianiandressa
Braziliyalı gözəl Andressa Demiani əsl şahzadə olmaq qərarına gəlib. O, “Soyuq ürək” cizgi filminin qəhrəmanı Elzanın əkizinə çevrilib. 

S.S.
www.oxu.az

Digər Maraqlı xəbərləri