16 
May
2017
12:47
32
107
4069
Virtual karabakh

Uzaq gələcəkdə bizi hansı fəlakətlər gözləyir? – SİYAHI

Növbəti milyard il ərzində planetimizi və bəşəriyyəti gözləyən fəlakətlərin siyahısı hazırlanıb.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu fəlakətlər sırasına yendən buz dövrünün başlaması, Niaqara şəlaləsinin yox olması, diametri 1 kilometr olan asteroidin Yerlə toqquşması, super vulkanın püskürməsi kimi təbii fəlakətlər daxildir.

Bu qorxunc siyahı bununla bitmir. Alimlər uzaq gələcəkdə Saturn halqasının tamam itəcəyini, güclü qamma partlayışı baş verməsi nəticəsində Yerin ozon qatının tamam dağılacağını da proqnozlaşdırırlar.

Bundan başqa, Günəşin parlaqlığı və şüalarındakı dəyişiklik Yerdə kəskin iqlim dəyişikliyinə səbəb olacaq, güclü buxarlanma səbəbindən Yer üzündən okeanlar yox olacaq.

Z.Q.
www.oxu.az

Digər Maraqlı xəbərləri