23 
May
2017
17:17
213
52
37626
Virtual karabakh

Azərbaycanlı oliqarx Fərhad Əhmədovun İsmayıllıdakı milyonluq villası – VİDEO

23 May, 2017
17:17
37626

Azərbaycanlı oliqarx Fərhad Əhmədovun İsmayıllıdakı milyonluq villası – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəxsi həyatında baş verən qalmaqallarla gündəmə gələn azərbaycanlı oliqarx Fərhad Əhmədov villasının görüntülərini paylaşıb.

Oxu.Az missiya.az-a istinadən xəbər verir ki, oliqarx İsmayıllı rayonunda yerləşən villasının görüntülərini öz “Facebook” səhifəsində paylaşıb.

Görüntülərdə onun villasının xüsusi dizayn edildiyi öz əksini tapıb. Villanın ətrafında böyük göl və torpaq sahəsi var.

Qeyd edək ki, Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədova ilə qalmaqal yaşayır. Oliqarx öz məxfi bəyanatında Tatyananı çoxsaylı eşq xəyanətlərində, həmçinin oğlunun sinif yoldaşının qardaşı ilə ittiham etmişdi.

London Ali Məhkəməsinin qərarına görə, Azərbaycanlı oliqarx Tatyana Əhmədovaya 453 milyon avro ödəməlidir. Bu boşanma prosesi Böyük Britaniyada ən bahalılardan biridir. Xatırladaq ki, bir neçə gün əvvəl dünya mətbuatı oliqarxın ona xəyanət edən arvadının fotosunu yaymışdı.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri