26 
May
2017
17:05
58
178
9739
Virtual karabakh

Nəbatat Bağında böyüyən “Nazpəri” – REPORTAJ

26 May, 2017
17:05
9739

Nəbatat Bağında böyüyən “Nazpəri” – REPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ölkəmizdə turizmin inkişafından bəhs edərkən Mərkəzi Nəbatat Bağını da xatırlamaq yerinə düşər. Misal üçün, qonşu Gürcüstanda yerləşən Botanika bağından uğurla turist mərkəzi kimi istifadə olunur. Təəssüf ki, bizdə Botanika bağı bu günün özündə diqqətdən kənarda qalıb. 80 ildən artıqdır ki, fəaliyyət göstərən bağın ərazisi 41 hektardan çoxdur. Atmosferin müxtəlif qazlarla çirkləndiyini nəzərə alsaq, Bakının ekologiyasının tənzimlənməsində bu bağ kifayət qədər böyük çəkiyə malikdir. Bu bağın “Bakının ağciyərləri” adlandırılması da təsadüf deyil.

Oxu.Az xəbər verir ki, femida.az mövzu ilə bağlı reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik.

Ömrünü bitkilərə həsr edən Mərkəzi Nəbatat Bağının nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalov burada olan bitkilərin əhəmiyyətindən danışarkən yeni gətirilən Adəm ağacının özəlliyini də xüsusi qeyd edib:

“Mərkəzi Nəbatat Bağında xaricdən gətirilmiş ağaclar çoxdur. Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən hədiyyə edilmiş 6 ədəd sakura ağacı, Çindən gətirilən Adəm ağacı bağa xüsusi gözəllik verir. Çinin savannalarında yetişən bu ağac suya çox tələbkar olsa da, son dərəcə gözəl dekorativ bitkidir. Hələ yarpaqlamamış büsbütün çiçək açır. Adəm ağacı, həm də ona görə qiymətli hesab olunur ki, ondan yüksək keyfiyyətli musiqi alətləri hazırlanır. Hazırda onların çoxaldılması üçün işlər aparırıq”.

Nəbatat Bağını gəzərkən qurulan dekorasiya, xüsusilə, diqqəti cəlb edir. Ovucun içərisində yerləşən ağac əslində özündə böyük mənanı daşıyır. Yusif Zeynalov Nəbatat Bağında salınan Konifer bağçanın tarixçəsindən danışıb:

“Konifer bağçasının keçən il açılışı oldu. Mərkəzi Nəbatat Bağında bu bağçanı Şöhrət adlı azərbaycanlı iş adamı saldırıb. Əlin içərisində olan ağacın da mənası var. Yəni, insanlar bitkiləri ovuclarının içərisində saxlamaqla qorumalı və çoxaltmalıdırlar. Burada 30-a yaxın fərqli bitkilər var”.

Bağın ərazisində yerləşən hovuzların təmirə ehtiyacı olsa da, onlarda saxlanılan qızılı balıqlar gələnlərin marağına səbəb olur.

Bağın ərazisində xüsusi maraq kəsb edən bölmələrdən biri də qızılgüllərin əkildiyi ərazidir. İndiyədək laboratoriyada xarici ölkələrdən gətirilmiş 560-dan çox qızılgül sortu introduksiya edilib, yəni yerli şəraitə uyğunlaşdırılıb. Ömrünü bitkilərin əhatəsində keçirən alim bildirir ki, indiyədək laboratoriyada Azərbaycana məxsus 31 yeni qızılgül sortu yetişdirilib. “Əsrin müqaviləsi”, “Sarı gəlin”, “Nazpəri” qızılgül növləri artıq dövlət tərəfindən qəbul olunub, aidiyyəti qurumların patentini alıb.

Bağda olan güllərdən biri Xalq artisti Nazpəri Dostəliyevanın şərəfinə “Nazpəri” adlandırılıb. Bu növü hazırlayan alim isə Asəf İsgəndərovdur. O, müğənniyə olan sevgisini məhz bu yolla ifadə etməyə çalışıb.

Alim Yusif Zeynalov bağın ərazisində yerləşən nadir ağac növlərindən də danışıb. Nadir ağac növü kimi qorunan Dəmirağacdır. Ağac növünün belə adlandırılmasının da səbəbi var. Onun oduncağı ağır olduğu üçün suda dəmir kimi batır. Bu səbəbdən də onu bu cür adlandırırlar.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri