24 
İyn
2017
21:30
30
99
3941
Virtual karabakh

Klassik əsərlərin personajları reper və küçə dəbinin bilicilərinə çevrildi

24 İyn, 2017
21:30
3941

Klassik əsərlərin personajları reper və küçə dəbinin bilicilərinə çevrildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir il öncə Corctaun universitetinin tələbəsi Kris Rellas fotoşopun imkanlarının tətbiqi üçün qeyri-adi üsul seçib. Belə ki, o, brend əşyaları İntibah dövrünün klassiklərinin əsərlərinə əlavə edirdi. Onun @CopyLab instagram hesabında Supreme svitşotu,  RayBan eynəyi və ya  PornHub yazılı köynəyi olan   növbəti klassik əsərin qəhrəmanını səbirsizliklə gözləyən 39 mindən çox sadiq abunəçisi var. 

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Rellasın öz işlərində Napoleon Bonapart və Roma Papasına bahalı brendlər geyindirdiyini görəcəksiniz.  

Foto: @copylab
Rembrandt heç təsəvvür edə bilməzdi ki, müğənni Rihanna “Susanna və başçılar” əsərinə belə yaraşa bilər. 

Foto: @copylab
Əgər Dominiko Qirlandayo bizim günlərdə yaşasaydı, o, yəqin ki, gəncin portretini çəkərkən ora Louis Vuitton çantasını və Supreme yazısını əlavə edərdi. 

Foto: @copylabФото: @copylab
Məğlubiyyətə görə məyus olan Napaleonun rəsmi Pol Dellaroşa aiddir, amma bu rəsm əsəri Givenchy-yə məxsus svitşot və qəzəbli köpək olmadan çox solğun görünür. 

Foto: @copylab
XXI əsrdə Meri Stivensonun “Kessett” əsərini, yəqin ki, “Selfie çəkən gənc xanım” adlandırmaq lazım idi. 

Foto: @copylab
Rafaelin Hersoq Qvidobaldo da Montefeltro qızıl zəncir və Kenzonun pələngli svitşotu olsaydı, bəlkə də, öz əyanları arasında daha çox populyar olardı. 

Foto: @copylab
II Papa Yuli Paolo Sorrentino “Gənc ata” serialına baxıb. 

Foto: @copylab
Balmain paltosu geyən Kin Çen Ir kommunizm qurmağa çalışır.  

Foto: @copylab
“Xəstə Vakx” Karavaco “Pokemon Go”da məğlub olub.

Foto: @copylab
Jül Basten-Lepajın qəhrəmanlarını ot biçməkdən yayındıran Bulbazavr.

 

Foto: @copylab
İntibah dövründə “American Express” kartları olmadan həyatı təsəvvür etmək çətindir. 

Foto: @copylab
Petrus Kristusun portretində saqqal və dəbli Trasher ilə ideal uyğun gəlir. 

Foto: @copylab
Eleonora Toledskinin oğlu ilə rəsmi, müəllif Anyolo Bronzinodur. Portret rəngli papağın sayəsində daha da gözəl olub, bu papaqları məhz Trampı dəstəkləməyənlər taxır. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri