22 
İyn
2017
12:45
25
170
5724
Virtual karabakh

Robot insanları məhv etməkdən danışdı - VİDEO

22 İyn, 2017
12:45
5724

Robot insanları məhv etməkdən danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sofiya” adlı insanabənzər robot populyar “Good Morninq Britain” səhər teleşousunda çıxış edib.

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, robot Britaniya ilə ABŞ arasında fərqlərdən danışıb, iştirakçıları lətifə danışaraq güldürüb və “nə zaman evlənəcəyi” barədə suala cavab verib.

“Texniki olaraq mənim cəmi bir yaşım var - hələ romantika barədə fikirləşmək üçün çox gəncəm. Ancaq mənim gələcək ideal partnyorum super-müdrik, xeyirxah və dahi olmalıdır”, - robot bildirib.

İnsanabənzər bu robot sifətində 60-dan çox emosiya yarada bilər. Onun gözlərində həmsöhbəti ilə göz təması qurmaq üçün xüsusi kamera yerləşdirilib. Humanoidin yaradıcısı Devid Hanson robotu yaradarkən britaniyalı aktrisa Odri Hepbernin obrazından ilhamlanıb.

Ötən il bu robot Cenevrdədəki sərgi zamanı bildirmişdi ki, insanlığı məhv edəcək.

“Sən adamları öldürəcəksən?” sualına robot müsbət cavab verib. Bu ilin aprelində Amerika telekanalında çıxışı zamanı isə “dünyanı ələ keçirəcəyini” bildirib, lakin dərhal əlavə edib ki, “bu, ancaq zarafatdır”.

L.Ə.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri