29 
İyn
2017
17:11
314
23
9664
Virtual karabakh

Təhsil almaq istəmədi, milyonçu oldu

29 İyn, 2017
17:11
9664

Təhsil almaq istəmədi, milyonçu oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erik Finman adlı bir gənc öz təşəbbüsü ilə 18 yaşında ikən milyoner olub.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, 12 yaşındaykən məktəbdə aldığı təhsildən narazı olan Finman ailəsi ilə şərt kəsir.

Şərtin məğzi onun investisiyaları sayəsində 1 milyon dollar qazanacağı halda universitet təhsili almaması olur. Finman bunu müəllimlərinin mənfi hərəkətlərindən və rəftarlarından bezdiyi ilə əsaslandırır.  

Hələ 12 yaşında olarkən ailəsinin verdiyi 1000 dollar pulla ilk sərmayəsini reallaşdırır. Belə ki, o, elektron pul vahidi “Bitcoin”ə pul yatırır. 2011-ci ildə dəyəri 12 dollar olan “Bitcoin”dən 100 ədəd alır. 2013-cü ildə “Bitcoin”in dəyərinin 1200 dollara yüksəlməsi nəticəsində Finmanın qazancı 100 dəfə artır. O,“Bitcoin”lərini 100 min dollara satır.

Əlindəki 100 min dollar sərmayə ilə “Botangle” adlı şirkət yaradaraq özü kimi müəllimlərindən və təhsildən məmnun olmayanları ora toplayır. 2015-ci ildə “Botangle” texnologiyasını 300 “Bitcoin” qarşılığında (60 min dollar) almaq istəyən bir investor tapır. 

Çox keçmir ki, “Bitcoin”in dəyəri 2500 dolları ötür. Bu elektron pul vahidinin bahalaşması nəticəsində Finman 18 yaşında 1.09 milyon dollar sərvətə sahib olur. 

Mərci qazanan gənc məktəbi buraxır. Erik Finman artıq yalnız özünün deyil, ailəsinin də maliyyə sərmayələrini idarə edir. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri