İyl
2017
09:41
225
58
5475
Virtual karabakh

Dubayda polisləri robot patrullar əvəz edəcək – VİDEO

2 İyl, 2017
09:41
5475

Dubayda polisləri robot patrullar əvəz edəcək – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri sayılan Dubayın polisi bu ilin sonunda şəhərin küçələrinə robot patrullar: robomobillər – “O-R3”-lər buraxmaq niyyətindədir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “The Verge” nəşri yazıb.

Təkərli robot O-R3 kamerayla, məsafədən ötürücülərlə, teplovizirlə və digər avadanlıqlarla təchiz olunub. Robomobil yüksək keyfiyyətli texnologiya ilə təchiz edilməsi sayəsində öz yolundakı maneələri müəyyən etməyə qadirdir.

O, habelə şübhəli predmetləri, qayda pozucularını, avtomobillərin nömrələrini, sahibsiz əşyaları qeyd etməyə və piyadaları müəyyən etməyə qadirdir.

Ehtimal edilir ki, O-R3 xüsusi rejimdə işləyərək avtomobilləri və insanları qeydə almaqla şəhərin küçələrində hərəkət edəcək. “Polis” həm də pilotsuz aparatla təmin olunacaq.

“Biz bu texnologiyaların köməyi ilə əməliyyatların miqyasını artırmağa çalışırıq. Əslində biz küçələrin hətta ağır polis patrulu olmadan, təhlükəsiz və dinc olmasına çalışırıq”, - deyə Dubay polisinin komandanı, general-mayor Abdulla Xəlifə Əl-Marri vurğulayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri