İyl
2017
15:00
5
17
4262
Virtual karabakh

Məşhurların ölümündən əvvəlki son sözləri

6 İyl, 2017
15:00
4262

Məşhurların ölümündən əvvəlki son sözləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyatınızın son anında deyəcəyiniz sözlər haqqında fikirləşmisiniz?

Oxu.Az Axşam.az-a istinadən dünyanın məşhur simalarının ölümlərindən əvvəl dedikləri sözləri təqdim edir:

Fransız modelyer Koko Şanel: “Bu, elə hissdir ki, sanki ölürsünüz”.

“Psixoanalizin atası” Ziqmund Freyd: “Bu, cəfəngiyatdır! Bu, cəfəngiyatdır!”. Xərçəngdən əziyyət çəkən Freyd həkiminin köməyi ilə ölümünü özü seçib və intihar edib (eftanaziya – red.).

Müğənni Uitni Hyuston: “Mən İsanı görməyə gedirəm, İsanı görmək istəyirəm”.

Aktyor Con Beyn xanımına tərəf çevrilərək “Əlbəttə, mən bilirəm sən kimsən. Sən mənim qızımsan. Səni sevirəm”, - deyib.

Uolt Disney. Xərçəngdən ölən prodüser kağıza məşhur aktyor Kurt Rasselin adını yazıb.

Çarli Çaplin. Keşiş son nəfəsində Çaplinə deyir: “Qoy Allah özü sənin qəlbini bağışlasın”. Çaplin isə cavabında “Niyə də yox? Əvvəl-axır bu ürək onun olacaq axı”, - söyləyib.

Aktyor Dezi Arnaz. Həyat yoldaşı Lüsi Bolla “Səni sevirəm, Lüsi” serialında çəkilən aktyor ölüm ayağında ikən “Mən də səni sevirəm, əzizim. Sənə şouda uğurlar”, - deyib.

Müğənni, aktyor Bob Xoupdan xanımı soruşur: “Səni harada dəfn edək?” Xoupun cavabı: “Məni təəccübləndir görüm”.

Ceyms Stüart: “Qloriya ilə görüşə hazırlaşıram”. Onun xanımı özündən 3 il əvvəl ölmüşdü.

Errol Flinn: “Həyatda çox imkanlarım olub və həyatın hər dəqiqəsindən həzz almışam”.

Etol Berrimor: “Hamı xoşbəxtdir? İstəyirəm, hamı xoşbəxt olsun. Mən bilirəm ki, xoşbəxtəm”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri